!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-də yeni Ukrayna səfiri ilə görüş keçirildi

!Reklam – Yazi

29 aprel 2024-cü il tarixində xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.

XİN-dən Yenicag.az-a verilən xəbərə görə, səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

COP29

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv