!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN: Prezident seçkiləri ilə əlaqədar xaricdə 41 seçki məntəqəsi yaradılacaq

!Reklam – Yazi

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur.

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə 13 mart 2018-ci il tarixində Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən İşçi qrupunun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub.

Hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının –aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Kommissiyasına təqdim edilib.

32 ölkədə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında aşağıdakı qaydada 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.

Azərbaycan Respublikasının səfirlik və konsulluqları:

Səfirliklər

1. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi

2. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi

3. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi

4. Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi

5. Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi

6. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi

7. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi

8. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi

9. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

10. Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

11. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi

12. Azərbaycan Respublikasının İordaniya Krallığındakı Səfirliyi

13. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

14. Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi

15. Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi

16. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında Səfirliyi

17. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi

18. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi

19. Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi

20. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi

21.Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi

22.Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi

23.Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyi

24. Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi

25. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi

26.Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi

27. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

28. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi

29. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi

30. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi

31. Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı Səfirliyi

32. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi

Baş konsulluqlar

33. Azərbaycan Respublikasının Aktau şəhərində Baş Konsulluğu

34. Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulluğu

35. Azərbaycan Respublikasının Dubay şəhərində Baş Konsulluğu

36. Azərbaycan Respublikasının İstanbul şəhərində Baş Konsulluğu

37. Azərbaycan Respublikasının Los-Anceles şəhərində Baş Konsulluğu

38. Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərində Baş Konsulluğu

39. Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu

40. Azərbaycan Respublikasının Yekaterinburq şəhərində Baş Konsulluğu

41. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyi

www.yenicag.az

2078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv