XİN Ukraynadan çıxan Azərbaycan vətəndaşlarının növbəti təxliyə müddətini AÇIQLADI

media-hightechnic-468x90

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 174 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Rumıniyadan uçuş həyata keçirəcək təyyarə saat 23:00-00:00 ətrafında Bakıda eniş edəcək.

Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05