Xırdalan susuz qaldı

6b5253c14889bd333273b0d1d8790378Xırdalan şəhərinin su təchizatında problem yaranıb.

Bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.

“Azərsu” ASC-nin Qəza xidmətindən “APA-Economics”in hadisə yerində olan əməkdaşına bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq”.