Sabah 17 dərəcə isti olacaq

media-hightechnic-468x90
Ölkə ərazisində yanvarın 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa