Xırdapayda 4 otaqlı ev yandı

media-hightechnic-468x90

Kürdəmirdə evdə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Xırdapay kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı 12 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa