Xiyar sortları getdikcə bahalaşır, sentyabrda qiymətlər daha da qalxacaq?

media-hightechnic-468x90

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Hazırda Bakıda marketlərdə “yelpənək” xiyar sortunun bir kiloqramı 1 manat 60 – 1 manat 80 qəpik arasında təklif olunur. “Tikanlı” kimi tanınan turşuluq xiyarın isə bir kiloqramı 1 manat – 1 manat 20 qəpik arasında satılır. Satıçılar bunun səbəbini bölgələrdəki hava şəraiti ilə əlaqələndirir.

Masallı rayon sakini, fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda turşuluq xiyarın sahədən topdansatış qiyməti 70, hamar xiyar sortu isə 1 manata təklif olunur:

“Yelpənək” xiyar sortu isə xəstəliklə qarşılaşdı, tağlar vaxtsız öldü. Normalda 13-17 dəfə xiyar yığımı olurdusa, hazırda bu rəqəm 6-7 arasındadır”.
Fermerin sözlərinə görə, bu il xiyar məhsuldarlığı çox aşağı olub:

“Bu səbəbdən xiyar qıtdır. Hələ sentyabr ayında bir az da bahalaşacaq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa