Xızıda sursat tapıldı

media-hightechnic-468x90

63066Xızı rayonunda döyüş sursatı tapılıb.

“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Xızı rayonunda dağlıq ərazidə döyüş sursatı aşkarlanıb.

Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Aşkarlanan sursata baxış keçirilərkən onun 1 ədəd 62 millimetrlik təlim-tədris təyinatlı minaatan mərmisi olduğu müəyyənləşdirilib. Aşkar edilmiş sursat aidiyyəti üzrə təhvil verilib.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa