Xızıda tank mərmisi aşkarlandı - FOTO/VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05