!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı sakini prezidentlə xanımını evinə dəvət etdi - Maraqlı dialoq

!Reklam – Yazi

Prezident İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı sakinlərdən biri dövlət başçısını və xanımını evinə dəvət edib.

Yenicag.az xəbər verir ki, Prezident və birinci xanım həmin evə baş çəkiblər.

Xocalı sakininin evinin önündə yaşanan maraqlı dialoqu təqdim edirik:

Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam.

Prezident İlham Əliyev: Bu evdə?

Səriyyə Cəfərova: Bəli, bu evdə. Mən Sizi evimizə dəvət edirəm.

Prezident İlham Əliyev: Gedək, Mehriban xanım da gəlsin, gedək.

Səriyyə Cəfərova: Mən bu evdə doğuldum, bu evdə böyüdüm.

Prezident İlham Əliyev: Sonra ermənilər gəlib evinizdə yerləşmişdilər, elədir?

Səriyyə Cəfərova: Bəli, ermənilər bu evdə yerləşdilər və mənim anamı şəhid etdilər. Ondan sonra mən bir ailə olaraq üç əmim oğlunu itirdim, anamı itirdim.

Prezident İlham Əliyev: Bu xanımın evidir.

Mehriban xanım Əliyeva: Eləmi?

Səriyyə Cəfərova: Bəli, mənim anam bax bu evi tikib.

Prezident İlham Əliyev: Anası da şəhid olub.

Səriyyə Cəfərova: Bəli şəhid olub.

Mehriban xanım Əliyeva: Allah rəhmət eləsin.

Səriyyə Cəfərova: Anam üç qız uşağını atasız böyüdüb. Bu ev mənim üçün çox doğmadır, əzizdir.

Mehriban xanım Əliyeva: Bu, həmin evdir, qalıb?

Prezident İlham Əliyev: Bərpa etmişik.

Səriyyə Cəfərova: Bu evi bizə yenidən bəxş etdiniz, cənab Prezident. Məni evimə gətirən Prezident, Mehriban xanım, Sizə sonsuz təşəkkür edirəm ki, bu, mənim üçün yuxu deyil, xəyal deyil, bu, əsl gerçəkdir. Təşəkkürlər, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, gedək evinizə baxaq. Amma əminəm ki, ümidlərinizi heç vaxt itirməmişdiniz.

Səriyyə Cəfərova: Heç vaxt itirmədim.

Prezident İlham Əliyev: Amma çox vaxt keçib təbii ki, 32 il başqa-başqa yerlərdə.

Səriyyə Cəfərova: Cənab Prezident, 32 il zaman keçdi. Amma mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm, tədqiqatçı jurnalistəm, 2017-ci ildə biz Sizinlə görüşmüşük, cənab Prezident.

Prezident İlham Əliyev: Harada?

Səriyyə Cəfərova: Mətbuat Günündə görüşmüşük biz və orada Sizinlə səmimi söhbətimiz də olub. Yəni, Siz həmişə xocalılılara xüsusi qayğı ilə yanaşmısınız.

Prezident İlham Əliyev: Elədir, düzdür.

Səriyyə Cəfərova: Allah elə qismət edib ki, mənə Ulu Öndərlə də görüşmək nəsib olub. 1995-ci ildə o, xocalılıları qəbul edib. Buyurun, cənab Prezident.

Prezident İlham Əliyev: Sizin həyətiniz budur?

Səriyyə Cəfərova: Bəli, bu həyətdir.

Prezident İlham Əliyev: Hə, yaxşıdır.

Səriyyə Cəfərova: Mən həmişə, – bayaq qeyd etdiyim kimi, – anamın oğul övladı olmadığına görə, bu həyəti becərirdim və deyirdim ki, qoy mənim anamın ürəyi böyüsün və mənim anam qış vaxtı…

Prezident İlham Əliyev: Artıq indi yenidən becərirsiniz.

Səriyyə Cəfərova: Yenidən burada elə bir həyat, elə bir gözəllik gördüm ki, bəlkə də bu gün anamın ruhu Sizi görür, bizi görür və nə qədər şad olur.

Prezident İlham Əliyev: Ruhu şaddır.

Səriyyə Cəfərova: Şad olur ki, onun evinə cənab Prezident gəlib. Bundan gözəl hiss harada var, cənab Prezident?

Prezident İlham Əliyev: Çox sağ olun.

Səriyyə Cəfərova: Bunu bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox gözəl tarixi bir hadisədir. Tarixi günləri yaşayırıq.

Səriyyə Cəfərova: Tarixi bir hadisədir ki, ilk dəfə mənim evimə gəlirsiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Həyət də yaxşıdır, böyükdür.

Mehriban xanım Əliyeva: Həyət də böyükdür.

Sakinlər: Allah Sizi xoşbəxt eləsin, Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Gedək.

Mehriban xanım Əliyeva: Gəlin, keçək baxaq.

COP29

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv