Xocavənddə qanunsuz metal tullantıları toplayan şəxslər SAXLANILDILAR - FOTO

media-hightechnic-468x90

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar.

Avtomobilə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600