Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs SAXLANILDI - FOTO

media-hightechnic-468x90

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar.

Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05