Xorvatiya velisopedçiləri Tiflisdən Bakıya yola düşdü

media-hightechnic-468x90

img1793730Bu gün Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, qonaqları yola salma mərasiminə, Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze, Azərbaycan səfirliyinin rəsmiləri, jurnalistlər və Tiflis şəhərinin sakinləri qatılıblar. Xorvatiya velosipedçiləri Gürcüstanda onları qarşılayanlara, Milli Olimpiya Komitəsinin bütün işçilərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə və jurnalistlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Xorvatiya idmançıları Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət etdikdən sonra  Azərbaycana yola düşüblər. Məlumata görə, qonaqlarla birgə yerli idmançılar da Qırmızı Körpüyədək yürüş edəcək. Bu gün Xorvatiyalı idmançıların qrupuna gürcülərlə birlikdə Qardabani rayonunun Nəzərli kənd orta məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Almaz Məmmədov da qoşularaq idmançıları Qırmızı Körpüyədək müşayiət edəcək.
“Pedalinac” velosiped klubunun yaradıcılarından biri, Xorvatiyadan Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar yürüş qrupunun rəhbəri Mladen Qaqeşa APA-ya açıqlamasında Azərbaycana xoş təəssüratlarla yola düşdüklərini bildirib: “Azərbaycan ərazisinə, I Avropa Oyunlarının açılış mərasiminə  çatmağa tələsirik. Azərbaycanlıların qonaqpərvərliyinə vurğunam. Azərbaycan haqqında Zaqrebdəki Azərbaycan səfirliyində çox məlumat almışam. Bizim qrupun üzvləri də Azərbaycanı çox sevirlər. Azərbaycanlılar sülhsevər xalqdır. Mən Azərbaycan səfirliyinə və Gürcüstan Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze APA-ya açıqlamasında idmançıların təxminən 4-5 günə  Bakıda olacaqlarını bildirib. O, velosipedçilərin 3 min 800 kilometr yol qət edəcəklərini deyib.
Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Elquca Berişvili Xorvatiya idmançılarının Gürcüstana gəlişinin onlara sevinc bəxş etdiyini bildirib: “Bu, ikinci bir qrupdur ki, qəbul edirik. Komitəmiz üç gün bundan əvvəl artıq Azərbaycan ərazisində olan Portuqaliyadan gələn velosipedçiləri qəbul edib. Qonaqların gəlişi bizə sevinc gətirib. Tezliklə bizim idmançılarımız da “Bakı-2015″ birinci Avropa Oyunlarına qatılacaq. İdmançılarımızı iyunun 8-də Azərbaycana yola salacağıq”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600