Xoşqədəm Doğuşla evlənməsindən danışdı-Video
“Hər zaman proqramımda qeyri-rəsmi nikahın əleyhinə olmuşam”
ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyənin məşhur müğənnisi Doğuşla evlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Teleaparıcı “Səni axtarıram” verilişində məsələyə aydınlıq gətirib:
“Doğuş öz ölkəsindən tanınan bir müğənnidir. Mən də öz ölkəmdə tanınan bir insanam. Hər zaman proqramımda qeyri-rəsmi nikahın əleyhinə olmuşam. Mən rəsmi, adət-ənənələrə uyğun ailə həyatı qurmuşam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, ölkəmi tərk etməyəcəm, Doğuşla verilişi daha da inkişaf etdirəcəyik”.