Reklam: High Technic
hightechnic

Xuraman ailə sirrini açdı: “Ərimin yerində olsaydım, tutub döyərdim” - FOTOLAR

Müğənni Xuraman Şuşalı həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Yenicag.az-a açıqlama verən Xuraman mənfi xüsusiyyətlərini sadalayaraq, ərinin hər zaman ona dözdüyünü deyib:

“Bizim evliliyimizin təməlində dostluq dayanıb. Əvvəl dost olmuşuq, sonra evlənmişik. Bu dostluq müəyyən mənada münasibətlərimizdə bizə kömək edib. Amma nə gizlədim, mənim bir pis xasiyyətim var, dır-dır edirəm, deyinirəm. Həyat yoldaşım dəhşət dərəcədə səbrli insandır. Həmişə dır-dırıma dözüb. Bir dəfə də olsun, üzümə vurmayıb. Hərdən fikirləşirəm ki, mən onun yerində olsaydım, əsəbiləşərdim, tutub döyərdim. Allahtərəfi o, bir dəfə də olsun nə mənə, nə də uşaqlarına əl qaldırmayıb. Onun bu xüsusiyyətini yüksək qiymətləndirirəm. Belə kişidən kim inciyər?”

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

3880