“Ya geyindiyin kimi oxu, ya da...” - Zülfiyyə KİMƏ SƏSLƏNDİ?

media-hightechnic-468x90

“Ya oxuduğun kimi geyin, ya da geyindiyin kimi oxu!”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, xalq artisti Zülfiyyə Xanbabayeva bu sözləri “Söhbət var” verilişində deyib.

Sənətçi bayağı mahnılarla zövqünü korlayan tamaşaçılara səslənib:

“Əziz tamaşaçılarımız, axı siz zövqlü xalqsınız. Düyməni basırlar, “çakka, çuku”, “çukka-çuku”… Axı o mahnıları siz necə dinləyə bilərsiniz? Çox şeylər sizin əlinizdədir. Zövqünüzü, qulaqlarınızı korlamayın”.

Xalq artisti efirə az-az çıxmasının da əsas səbəbinin bayağı mahnıların təbliğində görüb:

“Ya oxuduğun kimi geyin ya da geyindiyin kimi oxu. Eşitdiniz? Efiri o günə qoyma ki, mən o efirə gələ bilim. Hərdən deyirəm tez olun, hekayə bölməsini açın, mən paylaşmaq, danışmaq istəyirəm. Mən yaxşı mənada diktə etməliyəm. Çünki bu gün diktə edənlər özünüz də görürsünüz, biz də görürük ki, hansı mahnılardır”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa