Yalnış siqnal hava limanını təşvişə salıb

media-hightechnic-468x90

thy_420x250Türk hava yollarının pilotunun səhvən təyyarənin qaçırılması barədə həyəcan siqnalı verməsi Vyana hava limanında böyük həyəcan yaşanmasına səbəb olub.

Bu barədə Avstriya hüquq mühafizə orqanları məlumat yayıb. Məlumatda deyilir ki, Frankfurtdan İstanbula doğru uçan təyyarə səmada təzyiq problemi ilə üzləşdiyinə görə, pilotlar sərnişinlərə təzyiq əleyhinə oksigen maskaları verilməsi üçün müvafiq düyməni sıxarkən səhvən “qaçırılma həyəcan siqnalı”nı da işə salıblar.

Eniş izni istəyən pilotlar yalnış siqnaldan istifadə etdikləri və sorğuya nisbətən gec cavab verdikləri üçün səmaya dərhal iki ədəd qırıcı təyyarə qaldırılıb. “Boeing 737” tipli təyyarə Vyana hava limanına endiyi zaman, artıq, hava limanında maksimum səviyyədə təhlükəsizlik tədbirləri görülübmüş. Sonradan isə, qaçırılma təhlükəsinin olmadığı, sadəcə və yüksək təzyiq probleminin ortaya çıxdığı üçün pilotların eniş izni istəmələri aydınlaşıb.

Təyyarə sağ-salamat hava limanına endikdən və məsələ aydınlaşandan 40 dəqiqə sonra hava limanındakı fövqəladə vəziyyət rejimi ləğv edilib.

(interaztv.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600