!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yalnız İniestanın oynadığı günlər açılan bar - FOTO

!Reklam – Yazi

İspaniya futbolunun canlı əfsanələrindən olan Andres İniestanın babası yaşadığı Fuentealbilla kəndində bar satın alıb.

Yenicag.az xəbər verir ki, sözügedən bar hər gün yox, yalnız İniestanın oyunu olduğu günlər müştərilərin ixtiyarına verilir.

Andres İniestanın böyüdüyü kənddə oyun günləri böyük həyəcan yaşanır. Həmin gün böyük ekranı işə salan baba kənd sakinlərini bara dəvət edərək onlara qulluq göstərir.

Andres Lujan bildirib ki, Yaponiyanın “Vissel Kobe” klubuna transfer olunan nəvəsini ziyarət etmək onun üçün çox çətindir. O, səbəb kimi yolun uzaqlığını göstərib. Artıq yoldaşı ilə yaşlandığını bildirən baba, gələcəkdə nəvəsinin yanına gedəcəyini istisna etməyib.

www.yenicag.az

1417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv