!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yamaq-yamaq olan YOLLAR: Asfaltlar nə üçün tez sıradan çıxır? - ŞƏRH

!Reklam – Yazi

“Yolun keyfiyyətli tikintisi ilə yanaşı, onun daha uzunömürlü olması üçün sərt qabarit nəzarəti olmalı, yolların tez aşınması və dağılmasına görə, həmin yoldan normadan artıq yüklənmiş avtomobillərin keçməməsinə nəzarət həyata keçirilməli və savadlı istismar, yəni vaxtlı-vaxtında cari, əsaslı təmirlər edilməlidir”.

Bu fikirləri salınan asfalt örtüklərinin qısa zamanda istismara yararsız hala gəlməsinin səbəblərindən danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yolun sıradan çıxmasının əsas səbəblərindən biri də suyun və dizel yanacağının asfalt örtüyünə nüfuz etməsidir:

“Asfalt örtüyünün tez sıradan çıxmasında bir neçə amil mövcud ola bilər. Azərbaycanda torpağın dövlət, bələdiyyə, xüsusi mülkiyyətə bölündüyü kimi, yollar da eynilə yuxarıda sadaladığımız kimi bölünür. Yollara hansı qurumun nəzarət etməsi əsas məqamlardan biridir.

Həmçinin asfalt örtüyünün dağılması səbəbləri müxtəlifdir. Yolun keyfiyyətli tikintisindən başqa, onun daha uzunömürlü olması üçün sərt qabarit nəzarəti olunmalı, yolların tez aşınması və dağılmasına görə, həmin yoldan normadan artıq yüklənmiş avtomobillərin keçməməsinə nəzarət həyata keçirilməli və savadlı istismar, yəni vaxtlı-vaxtında cari, əsaslı təmirlər edilməlidir. Həmçinin qurumlar arasında koordinasiyanın olması vacib məqamdır.

Söhbət şəhərdaxili küçələrdən gedirsə, hər hansı qurumun asfalt örtüyünü dəyişməsi, bir neçə gün sonra digər qurumun qəza və ya hər hansı səbəbdən yolun altındakı kommunikasiya xətlərini bərpa etməsi və digər işləri həyata keçirməsi, həmin örtüyün dağılması və keyfiyyətli bərpa edilməməsi  də səbəblər arasındadır. Burada əsas məsələ həmin yolun nə səbəbdən dağılması və ona hansı qurumun nəzarət etməsidir.

Asfalt örtüyünün əsas “düşmən”i sudur. Suyun asfalt örtüyünə nüfuz etməsi və dizel yanacağının axıdılması asfalt örtüyünün dağılmasına gətirib çıxarır. İstismara yararsız avtomobillərdən yağların və yanacağın axıdılması da yolun sıradan çıxmasına səbəb ola bilər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv