Yanacaqdoldurma məntəqəsinə basqın edildi – Azərbaycanda

Şəkidə maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.

Yenicag.az APA-ya istinadən verir ki, rayonun Kiçik Dəhnə kəndi ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə gələn iki maskalı şəxs operator otağının pəncərəsini qıraraq pul tələb ediblər. Yanacaqdoldurma məntəqəsinin işçilərinin müqaviməti ilə qarşılaşan maskalı şəxslər oranı tərk ediblər.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən biri, həmin kənd sakini Tacir Mənəfli tutulub. Onun avtomobilinə baxış zamanı iki ədəd maska, bıçaq, yapışqanlı lent və geyim əşyaları aşkar edilərək götürülüb.

Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

COP29