Yanan məscidə görə cinayət işi açıldı

media-hightechnic-468x90

84142Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məsciddə törədilmiş yanğın faktına görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb.

media-banner_tuq

Bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsində İstintaq şöbəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, noyabrın 26-da saat 02:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə Qaraçuxur qəsəbəsindəki məsciddə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğın nəticəsində ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.(qafqazinfo.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05