Yanğın Nabran-Xudat yolunda avtomobillərin hərəkətini çətinləşdirdi

media-hightechnic-468x90

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, rayonun İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda bir kilometrə yaxın məsafədə avtomobillərin hərəkətini çətinləşdirib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ərazidəki istirahət mərkəzlərinə və çimərlik ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05