Yanğında xəsarət alanların siyahısı-Video

media-hightechnic-468x90

88068Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı 11 nəfər müxtəfil dərəcəli xəsarət alıb.

Yenicag.az xəbər verir ki, xəsarət alanlardan çoxuna ilkin yardım göstərilib. Onlardan çoxu tüstüdən zəhərlənib.

Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Yenicag.az anspress-ə istinadən  xəsarət alanların siyahısını təqdim edir:

68 yaşlı Rəfiqə Vəliyeva

60 yaşlı Şəfiqə Musayeva

53 yaşlı Məlahət Hüseynova

53 yaşlı Samir Əliyev

48 yaşlı Ofeliya İbrahimova

43 yaşlı Maral Kazımova

43 yaşlı Təranə Əliyeva

43 yaşlı Faiq

41 yaşlı Təranə Məmmədova

30 yaşlı Orxan Babayev

16 yaşlı Anar Məmmədov

Qeyd edək ki, Zığ şosesi, 16 ünvanı, “Nargilə” kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600