Yanğınlar 112 nəfərin həyatına son qoydu - Fövqəladə vəziyyət elan edildi

media-hightechnic-468x90

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində 112 nəfər həyatını itirib.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaratdığına görə ölkədə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, Çilinin mərkəzi və cənub bölgələrində meşə yanğınları genişlənir. Yanğınlarda həyatını itirənlərin sayı günü-gündən artır.

Ölkə üzrə 158 meşə yanğını barədə məlumat daxil olub. Bəzi şəhərlərdə təxliyə əməliyyatları davam edir./İqtisadiyyat.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600