“Yanlış pul köçürmələri ilə bağlı Mərkəzi Bankın bir çox tələbləri var. Kartın bir və ya bir neçə şifrini səhv yığdıqda bank qarışıqlı razılaşma əsasında vətəndaşın məbləğini geri qaytara bilər”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov qeyd edib.
O, şikayətçi müştərilərin problemlərinin həll olunması ilə bağlı əlavə edib ki, kart şifrləri elə layihələndirilir ki, səhv əməliyyat zamanı mobil tətbiq onu qəbul etmir:
“Səhv köçürmə əməliyyatları zamanı, əsasən, hüquq mühafizə orqanlarına müraciət edilməli və onlar qanunla müəyyən olunmuş qaydada bunu həll etməlidir. Bank xidmətləri müəyyən terminallar, mobil tətbiqlər vasitəsi ilə saniyələr ərzində aparıldığı üçün pulun geri qaytarılması bankların səlahiyyətlərinə aid edilmir”.
Leyla Fərzəliyeva
www.yenicag.az