Yanvarda Azərbaycan neft məhsullarının ixracını 7 %-dən çox artırıb
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 44 min 723,93 ton həcmində neft məhsulları ixrac edib.
Yenicag.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 32 milyon 207,98 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 7,4 %, dəyəri isə 1,7 dəfə çoxdur.
Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,44 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.










