!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-çı deputatın fikirlərinə Prezidentin köməkçisindən ETİRAZ: “Bu, hakimiyyətin mövqeyi deyil”

!Reklam – Yazi

“Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri demokrat.az-a hakimiyyət düşərgəsinə “transfer” etmiş keçmiş müxalifətçilərin faydasızlığından danışan Milli Məclisin Komitə sədri Eldar İbrahimov deyib.

Eldar İbrahimov hakimiyyətə tərəf keçən sabiq müxalifətçiləri “düşmən” adlandırıb: “Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Buna görə onların dostluğu bizə lazım deyil. Dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?! Bunu bütün Azərbaycan xalqı bilir…”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə özünün “Facebook” səhifəsində bu məsələyə münasibət bildirərək, Eldar İbrahimovun fikirlərinin hakimiyyətin mövqeyini əks etdirmədiyini yazıb:

“Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş, bu gün də dəyişməz olaraq qalır. Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa, əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir, onlarla ümummilli məsələlərlə bağlı müzakirə, əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.

Eldar İbrahimovun məlum fikirlərinə münasibət bildirən deputat, vaxtilə hakimiyyətə qarşı uzun müddət sərt, daha sonra isə loyal mövqe tutan Araz Əlizadə Yenicag.az-a açıqlamasında bunları deyib:

“İbrahimovun kimi nəzərdə tutduğunu bilmirəm, amma onun dediklərində mənə aid heç nə yoxdur. Mən hər zaman konstruktiv mövqe tutmuşam. Yalnız Cəbhə hakimiyyəti dövründə mövqeyimiz radikal olub”.

A.Zeynalov

COP29

www.yenicag.az

1431
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv