YAP-dan Müxalifətin İsveçrə prezidenti ilə görüşünə münasibət

media-hightechnic-468x90

rgfg“İsveçrə prezidentinin müxalifləri qəbul etməsində qeyri-adi bir şey yoxdur”.

Bunu  YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ölkəmizdə rəsmi səfərdə olan İsveçrə prezidentinin müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, xarici ölkə prezidentlərinin digər ölkələrə səfərləri zamanı cəmiyyətin müxtəlif təbəqələri ilə müzakirələr aparmağı onların praktikasında olan məsələdir:

“Azərbaycan müxalifəti isə bu görüşləri özlərinin qələbəsi kimi qeyd etməyə çalışırlar. Ancaq bir qayda olaraq digər ölkələrdən fərqli olaraq Azərbaycan müxalifətçiləri xarici ölkə nümayəndələrinə şikayət etməyi, öz ölkəsini pisləməyi özlərinin əzəli vəzifəsi hesab edirlər”.

Aydın Mirzəzadə qeyd edir ki, xarici ölkənin siyasi mədəniyyətində digər ölkə təmsilçiləri ilə görüşdə bir qayda olaraq ölkədəki bu və ya digər məsələlərdə siyasi qüvvənin mövqeyi ortaya qoyulur:

“Heç bir halda ölkə pislənilmir, heç bir halda xarici ölkələri öz ölkələrinin daxili siyasət məsələlərinə qatmırlar. Və ən əsası da milli maraqlara ziyan vuran məsələlərə çox həssaslıqla yanaşırlar. Azərbaycanın radikal müxalifəti isə bir qayda olaraq xarici ölkə nümayəndələri, səfirliklərinə şikayət etməyi adət ediblər. Bu isə Azərbaycan müxalifətinin sosial bazasının zəif olmağı, həmçinin, bir fəaliyyət görüntüsü yaratmaq istəyindən irəli gəlir. İsveçrə prezidentinin də Azərbaycan müxalifəti ilə görüşü sadəcə olaraq bir protokol maddəsidir, bundan artığını da gözləməyə dəyməz” 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600