Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.
Bu barədə Yenicag.az-a YAP-dan məlumat verilib.
İclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.
İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.
Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.