!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdi

!Reklam – Yazi

Yaponiyada hökumət Moskvanın Ukraynanın 4 regionunu birtərəfli qaydada ilhaq etmək qərarına gəlməsindən sonra Rusiya vətəndaşı olan 81 nəfərin və daha 9 təşkilatın aktivlərini dondurmaq qərarına gəlib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qərarın ilhaqdan birbaşa məsul olan Ukraynanın şərqində və cənubunda rusiyayönlü separatçılar, yüksək səviyyəli hökumət rəsmiləri və hərbi təşkilatları əhatə etdiyi öyrənilib.

Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Seiji Kihara bildirib ki, Rusiyanın “referendum” və “birləşmə” kimi qiymətləndirdiyi hərəkətləri Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüququ pozur. Ölkəsinin Rusiyanı tutduğu mövqeyə görə qınadığını ifadə edən Kihara Moskvanın status-kvonu birtərəfli qaydada dəyişmə cəhdlərinə göz yummayacaqlarını da əlavə edib. Kihara həmçinin Yaponiyanın digər G7 ölkələri və dünya ictimaiyyəti ilə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı əməkdaşlığı davam etdirəcəyini təkrarlayıb.

Daha əvvəl bir çox rusiyalı şəxslərə və təşkilatın aktivlərinin dondurulmasına qərar verən və Ukraynaya humanitar dəstək verən Yaponiya hökuməti Rusiyadan kömür idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv