Yaponiyada fəlakət qurbanlarının sayı 157-ə çatdı – Yenicag.Az

Reklam

Reklam

Yaponiyanın qərb rayonlarında leysan yağışları, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 157-ə çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, daha 36 nəfər hələ də itkin düşmüş hesab edilir.

Ən böyük zərərin 58 nəfərin həlak olduğu Hiroşima prefekturasına dəydiyi bildirilir. Okayamada 36, Eximedə isə 26 nəfər leysan yağışların qurbanı olub.

Baş nazir Şinzo Abe bildirib ki, hökumət ölkənin qərb rayonlarında görünməmiş leysan yağışlar nəticəsində dəyən zərəri aradan qaldırmaq məqsədilə humanitar yardımlar üzrə ehtiyat fonddan istifadə etmək niyyətindədir.

“Təxliyə məcburiyyətində qalan çoxsaylı sakinlər hazırda güclü istilər nəticəsində fiziki və psixoloji çətinliklərlə qarşılaşıb. Hökumət zərərçəkən rayonlara yardımların çatdırılması üçün ehtiyat fonddan 18 milyon dollar vəsait ayırıb. Bu məqsədlə yerli sakinlərin müraciətlərini gözləmədən həmin ərazilərə kondisionerlərin, su və digər tələbat vasitələrinin göndərilməsi üçün müvafiq orqanlara təlimatlar verilib”.

Baş nazir əlavə edib ki, yüklərin çatdırılması məqsədilə lazımi tədbirlər görülür.

“Bununla yanaşı, fəlakət rayonlarından ilkin tələbat əşyalarına kəskin ehtiyac duyulduğu barədə məlumatlar daxil olmaqda davam edir. Həmin çatışmazlıqların aradan qaldırılması üçün avtomobillərin ayrılması barədə göstəriş verilib”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2314
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."