Yaponiyada gözlənilməz siyasi gərginlik: Takaiçi baş nazir seçilməyə bilər

media-hightechnic-468x90

Yaponiyada baş nazir seçimi gözlənilməz siyasi gərginliklə müşayiət olunur. Sanae Takaiçinin baş nazir seçilməsi təhlükə altındadır.

Yenicag.az “Japantimes” istinaədn xəbər verir ki, Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) yeni seçilmiş sədri Sanae Takaiçinin bu ayın sonlarında parlamentdə keçiriləcək səsvermədə baş nazir seçilməməsi ehtimalı yaranıb.

Belə ki, koalisiyanın kiçik tərəfdaşı olan “Komeito” Partiyası onun lehinə səs verməyə bilər, müxalifətdəki ən böyük partiya isə başqa bir müxalifət lideri – Xalqın Demokratik Partiyasının (DPP) rəhbəri Yuiçiro Tamakini dəstəkləyə biləcəyini bildirib.

Bildirilir ki, Takaiçinin sərt sağçı və millətçi mövqeyi “Komeito”da narahatlıq yaradıb. Onun Yaponiyanın müharibə dövrü keçmişinə və xarici vətəndaşlara qarşı siyasətinə dair baxışları “Komeito” üzvləri arasında ciddi narahatlığa səbəb olub. “Komeito” lideri Tetsuo Saito ilə görüşdə bu məsələlərdə müəyyən anlaşma əldə olunsa da, siyasi maliyyələşmə məsələsində fikir ayrılığı qalmaqdadır.

Saito bildirib ki, bu maliyyə qalmaqalı “Komeito”nun tərəfdarlarını narahat edib və əgər koalisiya qurulmasa, partiya Takaiçini baş nazir postuna dəstəkləməyəcək. Bu halda, “Komeito” səsvermədə bitərəf qala bilər və LDP parlamentdə çoxluğa malik olmadığından Takaiçi başqa partiyalardan dəstək axtarmalı olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa