Yaponiyada “kirayə nənə” trendi

media-hightechnic-468x90

Yaponiyada yaşlı qadınlar “kirayə nənə” xidmətləri təklif etməyə başlayıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “OK Obaachan” adlı platforma vasitəsilə insanlar saatı 3300 yenə (təxminən 38 manat) qarşılığında nənə qayğısı ala bilirlər.

Platformada 60–94 yaş arasında təxminən 100 qadın qeydiyyatdan keçib və hər kəs özünə uyğun nənəni seçə bilir.

Müxtəlif bacarıqları olan nənələr ev işlərində kömək edir, dadlı yeməklər hazırlayır, uşaqlara kalliqrafiya öyrədir və ya sadəcə onlara nəzarət edir.

Bundan başqa, nənəni saatlıq olaraq sadəcə söhbət üçün də çağırmaq mümkündür. Onlar ailə münaqişələrinin həllində iştirak edir, həyat təcrübələrini bölüşür, emosional dəstək göstərir və hətta Yaponiyanın tarixindən danışırlar.

Yaponiyada bu xidmətdən istifadə edənlərin sayı artıq çoxalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600