Yaralanmış hərbçimiz vətənə qayıtdı- Fotolar

media-hightechnic-468x90

84339Erməni Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan gizir Ədalət Məmmədov noyabrın 29-da vətənə qayıdıb.

Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri və hərbçinin yaxınları qarşılayıblar.

Müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirən Ə.Məmmədov deyib: “Göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edirəm”.

Gizirin qardaşı Vilayət Məmmədov müalicə prosesinin uğurla keçdiyini vurğulayaraq deyib: “Düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın, o cümlədən qardaşımın tezliklə sağalıb Vətənə qayıtması üçün göstərilən diqqətə görə ailəmiz adından Azərbaycan və Türkiyə dövlətlərinə minnətdarlığımı bildirirəm”.

׮cə suborbital uçuşa kosmonavtlı kapsul buraxılması texnologiyasını tam mənimsəməliyik”, – deyə institut rəhbəri qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600