Yarımçıq dayandırılan çempionat bərpa olunmayacaq - AÇIQLAMA

media-hightechnic-468x90

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatında (Liqa-1) cari mövsüm ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın Baş Naziri Eduard Filipp açıqlama verib.

Baş Nazir bildirib ki, 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları sentyabra qədər keçirilə bilməz. Həmçinin 2019-2020-ci il futbol mövsümünün də bərpa olunmayacağını deyib.

Qeyd edək ki, UEFA milli çempionatların avqustun 2-dək bitirilməsini tövsiyə edib.

Futbol üzrə Fransa çempionatı 28 turdan sonra dayandırılıb. Çempionatda 38 oyun keçirilməlidir.

Son məlumata görə, Fransada indiyədək 165 mindən çox insan koronavirusa (COVID-19) yoluxub, 23 mindən soç insan pandemiyanın qurbanı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600