Yaşayış binasında yanğın - Zəhərlənən var

media-hightechnic-468x90

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa