Yaşıllar Partiyasının antitürk lideri də “koronavirus” çıxdı – FOTO

Yaşıllar Partiyasının sabiq lideri Cem Özdemirin koronavirus analizlərinin cavabı pozitiv çıxıb.

Yenicag.az xəbər verir ki, sabiq lider bu barədə özünün “Twitter” hesabında məlumat yayıb.

Cem Özdemir özünü yaxşı hiss etdiyini qeyd edib: “Məndən nigaran qalmayın. Yaxşıyam. Evdə karantində qalıb, mütəxəssislərin açıqlamalarını izləyirəm. Evdən çıxmayın”.

Qeyd edək ki, Cem Özdəmir türk əsilli olsa da, Almaniyada Türkiyə əleyhinə fəaliyyəti ilə tanınır. Qondarma “erməni soyqırımı” qanun lahiyəsini də Alman Bundestaqına təklif edən də bu türk düşməni olub.