!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaşlı kişi özündən 33 yaş kiçik qızla evlənirsə, deməli...” - Sosioloqdan SOS SİQNALI

!Reklam – Yazi

“17 yaşlı gənc bir qızın özündən 33 yaş böyük kişi ilə ailə qurması anormallıqdır”.

Bunu Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı şəxslə ailə qurması xəbərinin cəmiyyətdə yaratdığı narazılıqlarla bağlı fikirlərini bölüşərkən tanınmış sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sosioloq belə anormal halların sayının artmasında valideynlərlə bərabər əlaqədar qurumların, xüsusən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsəluliyyət daşıdığını bildirib:

“Bugünkü cəmiyyət 100 il əvvəlki kimi deyil. Əvvəlki cəmiyyət başqa xarakterdə idi. İndiki cəmiyyəti başlı-başına buraxmaq olmaz. Təəssüf ki, bu gün erkən nikahlar və anormal evliliklərin sayı günü-gündən artmaqdadır. Ələqadər qurumlar, ilk növbədə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə hadisələrə dərhal reaksiya verməlidir. Yerlərdə elmi-maarifləndirmə işi aparılmalı, insanlar maarifləndirilməlidir. Birbaşa bu işə nəzarət edən elmi-tədqiqat mərkəzləri yaradılmalıdır. Yaradılanların da təssüflər olsun ki, fəaliyyəti hiss olunmur.

Valideynlərin də üzərinə böyük məsuliyyət düşür. İlk növbədə onlarla da maarifləndirmə işləri sürətləndirilməlidir. Əgər yaşlı kimi özündən 33 yaş kiçik qızla evlənirsə, deməli, onun psixoloji durumunda problemlər var. Eləcə də qızın psixoloji durumu yoxlanmalıdır. Belə ailələrin izdivacı çox vaxt faciəvi sonluqla bitir. Bir müddət keçəndən sonra ailədə qısqanclıq hissləri və digər problemlər baş qaldırır. Təsəvür edin, 17 yaşlı qızın 13 ildən sonra 30 yaşı olur. Tam həyatının gözəl bir dövründə olan qadınla yaşı 65-ə çatan bir kişinin aralarında istər-istəməz gərginliklər yaşanacaq. Elmi araşdırmalar sübut edib ki, belə evliliklər zamanı yaşanan qısqanclıq və digər gərginliklər nəticəsində kişilər insult keçirir”.

Cəvahir

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv