Bakıda fiziki məhdudiyyətli yaşlı qadın itkin düşüb.
Yenicag.az xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
E.Qəniyeva eşitmə və dil qüsurludur.
Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır./Trend/