Yavuz Donat: "Türkiyə və Azərbaycanın yollarının ayrılması mümkün deyil"

media-hightechnic-468x90

“Türkiyə ilə Azərbaycanın bir-birindən ayrılması, yollarının fərqli olması mümkün deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Sabah” qəzetinin tanınmış jurnalisti Yavuz Donat deyib.

Sovet dövründən bu günədək Azərbaycana dəfələrlə səfər etdiyini bildirən Y.Donat, ölkəmizin keçdiyi tarixi inkişaf yolunu öz müşahidələri ilə bölüşüb:

“Mən bura Prezident Süleyman Dəmirəl və Turqut Özal ilə birlikdə bir neçə dəfə gəlmişəm. İlk səfərim zamanı dövlət qonaq evində, Köhnə Dəyirman ərazisində, daha sonra isə Vaqif otelində qalmışdım. O zamanlar ərazi xeyli qaranlıq və sadə idi. Bu gün isə Azərbaycanın müxtəlif şəhərlərində Avropanın ən müasir otelləri fəaliyyət göstərir. Hər gəlişimdə daha da inkişaf etmiş, daha güclü bir Azərbaycan görürəm və bu mənzərə məni heyran edir”.

Yavuz Donat işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərinə də toxunub:

“Son səfərlərimdən birində Gəncədə və müharibənin izlərinin qaldığı bölgələrdə oldum. Orada gördüklərim tamamilə fərqli bir mənzərə idi. Həmin ərazilər artıq tamamilə başqa, müasir bir ölkəni xatırladır. Bakıda olmaqdan və bu inkişafı görməkdən olduqca məmnunam”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa