Yaxın 3 günün hava proqnozu

media-hightechnic-468x90

imagesYaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildiriblər ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isi, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa