Yaxın Şərq “qırmızı xətt”i keçdi: Bölgəni nə gözləyir? – ANALİTİK TƏHLİL/VİDEO
“Yaxın Şərqdə alovlanan bu qarşıdurma artıq təkcə regional münaqişə deyil, qlobal enerji bazarını və beynəlxalq təhlükəsizlik balansını sarsıda biləcək təhlükəli geosiyasi mərhələyə çevrilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, ABŞ-nin bölgədəki hərəkətləri birbaşa siyasi və geosiyasi maraqlar üzərində qurulub.
Politoloq xüsusilə Donald Trampın yanaşmasına diqqət çəkib:
“Trampın İsraillə birlikdə müəyyən razılaşmalara gedərək qarşıdan gələn seçkilər kontekstində siyasi dividendlər qazanmaq niyyəti açıq görünür. ABŞ-nin Venesuela ilə bağlı əldə etdiyi nəticələrdən sonra, İran üzərində də oxşar siyasi qələbə qazanmaq planı var idi. Lakin gözlənilən “ildırımsürətli qələbə” planı tamamilə baş tutmadı”.
İlyas Hüseynov bildirib ki, İranın ali dini liderinin və yüksək vəzifəli hərbi şəxslərinin hədəfə alınması belə ölkə daxilində gözlənilən rejim dəyişikliyinə və ya dövlət çevrilişinə səbəb olmadı:
“Bu fakt göstərir ki, son 40 ildə İranda aparılan ideoloji və dini təbliğat cəmiyyətdə olduqca ciddi bir təsir formalaşdırıb. Teokratik idarəetmə sistemi və dini ideologiya dövlət strukturlarında çox möhkəm kök salıb”.
Ətraflı videomaterialda:
Samir Məcid













