Yaxın Şərq Sülh Sammitinə KİM və NİYƏ ÇAĞRILMADI?ŞƏRH

media-hightechnic-468x90

Bu məsələdə əsas müsbət tərəf ondan ibarətdir ki, girovlar azad olunur, atəşkəsdir, gündə fələstinlilərin ölümü baş verməyəcək.

media-346874

Bu sözləri Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti və bundan sonra Qəzza ətrafında baş verəcək prosesləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, fələstinlilər müstəmləkəçiliyi qəbul etməyəcəklər:

“İsrail Yaxın Şərqi nəzarətdə saxlamaq üçün ABŞ-nin alətidir. Yaxın Şərq neft, qaz yataqları ilə zəngindir. HƏMAS-la əməliyyatdan bir müddət sonra insanların gözü önündə İsrail fələstinlilərə qarşı soyqırım həyata keçirməyə başladı. Buna bütün dünya etiraz etməyə başladı. Maraqlısı ondadır ki, bu etirazların başında duran elə yəhudilər idi. Onlar düşünür ki, Holokosta görə hörmət edilən xalqa, fələstinlilərə etdiyi üçün nifrət yaranıb. Məsələ ondadır ki, bəzi Qərb ölkələri də bu məsələdə prinsipial mövqe tutdular. Ona görə də, ABŞ və İsrailin başqa şansı qalmadı.

Razılaşmya əsasən İsrail qoşunlarının bir hissəsini çıxarır, HƏMAS isə silahı yerə qoymayacaq. Çünki HƏMAS təslim olmayıb, məğlub olmayıb. Fələstinlilər müstəmləkiçiliyi qəbul etməyəcəklər. Bu məsələdə əsas müsbət tərəf ondan ibarətdir ki, girovlar azad olunur, atəşkəsdir, gündə 50, 60 fələstinlilərin ölümü baş verməyəcək”.

Zərdüşt Əlizadə Qəzza zirvəsinə dəvət edilməyənlərlə bağlı da mövqeyini bildirib:

“İranı ona görə Qəzza zirvəsinə dəvət etmədilər ki, rəsmi Tehran müstəmləkə siyasətini qəbul etmir. Rusiyanı isə ona görə çağırmadılar ki, bu ölkəni Yaxın Şərqdən tamamilə sıxışdırıb çıxarmaq istəyirlər. Rusiyanın əsas təsir qüvvəsi Tartusdur, amma oradan da çıxaracaqlar. Türkiyə ABŞ-nin Yaxın Şərqdəki siyasətini həyata keçirən əsas dövlətdir. Mahmud Abbas çağırılmadı, çünki onun siyasi çəkisi sıfıra bərabərdir. Netanyahu gəlmədi, çünki daxildə müqavilənin əleyhdarları çoxdur – yəhudi radikallar istəyirdi ki, Qəzzada bir nəfər də ərəb qalmasın”.

Politoloq bildirib ki, Trampın əsas fikri odur ki, Yaxın Şərqdəki pulları ABŞ-yə daşısın:

“ABŞ-nin maliyyə vəziyyəti çox ağırdır. 37 trilyon borcu var. O borcu qaytarmaq mümkün deyil. ABŞ iflasdan qaçmaq üçün harada pullu dövlətlər var, ora can atır. Trampın əsas fikri pul qazanmaqdır. Yəhudilər də, ərəblər də ona maraqlı deyil”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa