!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə qisas ƏMƏLİYYATI: NATO bu ölkəyə qarşı hazırlıqlara başladı

!Reklam – Yazi

“Yəmənin İsrail, ABŞ və Böyük Britaniya tərəfindən bombalanmasının əsas səbəbi bu ölkənin Fələstinə dəstəyi və Ədən körfəzi ilə Qırmızı dənizdə husilərin həyata keçirdiyi hücumlarla bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, Yəmənin bombalanması əməliyyatlarının pərdəarxası məqamlarına toxunub.

İ.Hüseynovun sözlərinə görə, “Ənsərullah” rejiminin nəzarəti altında olan ərazilərin aviazərbələrə məruz qalmasının səbəbləri husilərin törətdiyi hücumlara bir növ cavab idi:

“Çünki Qərbin ticarət gəmiləri hücuma məruz qalır, onlar logistik marşrutunu dəyişməyə məcbur olur və beləliklə də ticarət dövriyyəsi zəifləyir. Həmçinin ərzaq və digər lazımi ləvazimatların çatdırılmasında da problemlər yaranır. Bu baxımdan, dünən baş verənlər sanki qisas əməliyyatı kimi nəzərə çarpdı. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun gedən müharibə fonunda baş tutan militarist çıxışı məhz Yəmən ətrafında hansısa güclərin və koalisiyaların yaranmasına qarşı yönəlmişdir. İsrail lideri çalışır ki, sözügedən əməliyyatları davam etdirsin və uğurla öz məqsədlərinə çatsın”.

İ. Hüseynov diqqətə çatdırıb ki, artıq İsrailin daxili auditoriyasında müharibənin uzun müddət davam etməsi böyük neqativlər toplayıb:

“Bundan əlavə, hazırkı əməliyyatlar İsrail-Fələstin müharibələri tarixində artıq ən uzunmüddətli qarşıdurma kimi yadda qalıb. Digər tərəfdən, həm də bir sıra fikirlər də söylənilir ki, bu, Üçüncü Dünya müharibəsinin başlanğıcıdır. Eyni zamanda, NATO da Rusiyaya qarşı hazırlıq vəziyyətindədir. Müxtəlif təlimlər və 50 minə yaxın hərbçinin ayıq-sayıq olması bu fikirləri və ehtimalları gücləndirir”.

“Lakin hələlik limitlər tükənməyib, hələ sülh üçün imkanlar mövcuddur. Diplomatik fəaliyyəti davam etdirmək üçün səylər həyata keçirmək mümkündür. Mənə elə gəlir ki, eskalasiya dinamikasının artması əleyhinə hələ də dünyanın praqmatik kəsimi öz təşəbbüslərini irəli sürərək gərginliyin azaldılmasına çalışmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv