!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaz gəlir, günlər daha uzun olacaq: Yuxu sisteminə TƏSİRİ – ARAŞDIRMA

!Reklam – Yazi

Yeni mövsümə keçid etdikdə orqanizmdə də müxtəlif dəyişikliklər özünü göstərir. Bunlardan biri də yuxu sistemidir. Məsələn, yaz aylarına keçid etdikdə gün uzanır, gecə qısalır. Bu da sutka ərzində neçə saat yatmağa təsir edir. Ən ideal yuxu 7-8 saatlıq olmalıdır. Amma gün qısalmağa başlayanda insan daha az yatır. Necə ki, qış ayları zəngli saat çalmağa başlayanda mürgüləmə rejimini aktivləşdirib yenidən yatırıqsa, yaz-yay fəsillərində də  tam əksi olur. Araşdırmalar onu göstərir ki, insanlar isti hava şəraitində çox yata bilmirlər.

Yenicag.az xəbər verir ki, ST Hedviq xəstəxanasının professoru Dieter Kunz bu barədə öz tədqiqatlarında danışıb.

O bildirib ki, hətta evimizdə quraşdırılan süni işıqlar belə yuxu sisteminə təsir edir:

“İnsanlar çöldə yaşasa və yalnız təbii günəş işığına məruz qalsalar, hər şey daha fərqli olar. İstər yuxu sistemi, istərsə də ümumi sağlamlıq mutasiyaya məruz qala bilər”.

Bundan əlavə, 24 saatdan bir təkrarlanan yuxu sirkulyasiyası bədəndə melatonin ifrazını sürətləndirir.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin açıqlamasına görə, yuxu çatışmazlığı 2-ci tip diabet, ürək xəstəliyi, piylənmə və depressiyanın artması ilə əlaqələndirilir.

Şahanə Paşa

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv