Novruz bayramı ərəfəsində qatar vasitəsilə rayonlara getmək istəyən vətəndaşlar bilet tapa bilmirlər.
Yenicag.az xəbər verir ki, hazırda qatarla sərnişindaşımada biletlə bağlı sıxıntı yaşanır.
Bakı Dəmir Yolu Vağzalına üz tutan vətəndaşlar bilet almaqda çətinlik çəkdiklərini bildiriblər. Onlar deyirlər ki, bir necə gündür, onlayn qaydada müraciət etsələr də, bilet ala bilməyiblər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Sənubər Nəzərova bildirib ki, hazırda artan sərnişin tələbatının qarşılanması məqsədilə işlərə başlanılıb.
O bildirib ki, tələbata görə qatar reyslərinin sayının artırılması nəzərdə tutulur.
Ətraflı Xəzər TV-nin süjetində:
www.yenicag.az