Yenə məmur oğlu, yenə dəhşətli qəza

media-hightechnic-468x90

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600