Yeni araşdırmanın təəccüblü NƏTİCƏSİ: Heç vaxt sevişməyənlər ağıllı və bədbəxtdirlər

media-hightechnic-468x90

Nə qədər təəccüblü səslənsə də, elm artıq sübut edib: jeç vaxt cinsi əlaqədə olmamış şəxslər orta hesabla cinsi təcrübəsi olan insanlardan daha yaxşı təhsil alıblar. Lakin bu üstünlüyün pis tərəfi də var.

Yenicag.az “Bild”ə istinadən xəbər verir ki, araşdırma üçün Amsterdam Universitet Mərkəzi və Kvinslend Universiteti Maks Plank Empirik Estetika İnstitutu ilə sıx əməkdaşlıq edib.

Tədqiqatçılar 39-73 yaş arası 400.000-dən çox britaniyalının məlumatlarını təhlil ediblər.

Sorğuda iştirak edənlərin təxminən bir faizi heç vaxt cinsi əlaqədə olmadığını bildirib. Bu qrup təhsil səviyyəsinə görə digərlərindən xeyli üstün olub.

Lakin məsələnin qaranlıq tərəfi də var: bu şəxslər cinsi təcrübəsi olan insanlara nisbətən orta hesabla daha tənha, daha gərgin və daha bədbəxtdirlər. Həmçinin diqqətçəkən məqam budur ki, cinsi əlaqənin olmaması hallarına gəlir bərabərsizliyinin yüksək olduğu bölgələrdə daha tez-tez rast gəlinir.

Xüsusilə kişilərdə fiziki amillər də rol oynayır. Araşdırmaya görə, heç vaxt cinsi əlaqədə olmayan kişilər çox vaxt fiziki cəhətdən daha zəif olur və qadınların az olduğu bölgələrdə yaşayırlar. Beləliklə, bir çoxları üçün bu, ikiqat mənfi amil deməkdir.

Lakin hər şeyi yalnız həyat şəraiti ilə izah etmək mümkün deyil. Təhlillərə əsasən, cinsi təcrübəsi olanlar və olmayanlar arasındakı fərqlərin təxminən 15 faizi genetik amillərlə, o cümlədən intellekt və ya nevroloji inkişaf pozuntuları ilə bağlıdır.

Bundan əlavə, cinsi təcrübəsi olmayan insanlar riskə daha az meyllidirlər. Onlar daha az spirtli içki qəbul edir və daha az narkotik vasitələrdən istifadə edirlər.

Araşdırmanın müəllifi Karin Vervey bildirir ki, həm ətraf mühit, həm şəxsiyyət, həm də genetika burada rol oynayır. Yəni cinsi aktivliyin olmaması təsadüf deyil, bioloji və sosial təsirlərin mürəkkəb qarşılıqlı əlaqəsinin nəticəsidir.

Tədqiqatçılar vurğulayırlar ki, bu araşdırmada insanların cinsi əlaqədən könüllü şəkildə imtina etmələri və ya istəmədən uzaq qalmaları arasında fərq qoyulmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa