Yeni bələdiyyələr əvvəlkilərindən nə ilə seçiləcək?

media-hightechnic-468x90

balediye(0911)İlqar Hüseynli: “Bələdiyyələrin büdcəsi artarsa, səlahiyyətləri genişlənərsə onların sosial həyatda rolu da artar”

Artıq bələdiyyə seçkiləri başa çatdı. İndi insanları düşündürən məsələ yeni yaranacaq bələdiyyələrin cəmiyyətin sosial həyatında oynaya biləcəyi rolla bağlıdır. Bu günə qədər özünü idarı orqanları özlərini ciddi bir qurum kimi təqdim edə bilməyib. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Görəsən, yeni formalaşan bələdiyyələrin cəmiyyətin sosial həyatında rolu arta bilərmi?
Bələdiyyələr üzrə ekspert İlqar Hüseynli Yenicag.az saytına açıqlamasında bildirdi ki, bələdiyyələrin büdcə məsələsi həll olunarsa, onların sosial həyatda rolu da arta bilər. Əks təqdirdə onlar əvvəlki bələdiyyələr kimi səlahiyyətsiz bir qurum olaraq qalacaq: “Yeni seçilən bələdiyyələr ötən illərdəki vəziyyətlə qarşılaşacaqsa, cəmiyyətin sosial həyatında ciddi irəliləyişlərə nail ola bilməyəcəklər. Hazırda bələdiyyə büdcəsilə bağlı ciddi problemlər mövcuddur. Onlar ancaq müəyyən ödəmələr, bəzi gəlir, mədən vergisi, vətəndaşların əmlak və pay torpağından tutulan vergilərdən mənfəət əldə edir. Bu da yetərincə olmayan vəsaitdir. Həmin vəsait hesabına bələdiyyə şurası özünün daxili xərclərini belə təmin etmək sahəsində imkansızdır. Bələdiyyələrin fəaliyyəti vətəndaşların sosial problemlərinin həllinə yönəlib. Burada da məsələ sosial problemlərin həlli üçün ciddi maliyyə imkanlarının olmasından keçir. İstisna bələdiyyələr var ki, büdcələri bir qədər formalaşır. Amma region bələdiyyələrinin büdcə siyasəti bərbaddır. Türkiyədə olduğu kimi bələdiyyələr dövlət büdcəsindən paya malik olacaqsa, bu sahədə ciddi addımlar atmaq olar. Çünki belədə onların maliyyə imkanları artacaq, vətəndaşların sosial problemlərinin həllində müəyyən xidmətlər göstərmək imkanına sahib olacaqlar. Amma 2015-ci ilin büdcəsində bu məqamlar nəzərdə tutulmayıb. Bunlar olmayınca bələdiyyələr səlahiyyətsiz və imkansız qurum olaraq növbəti 5 ili də başa vuracaqlar. Başqa bir tərəfdən bələdiyyələrin səlahiyyətləri də artırılmalıdır. Məhz bu səlahiyyət artımı fonunda bələdiyyələr öz büdcələrini normal həddə çatdırıb, müxtəlif sosial problemlərin həllinə nail ola bilərlər”.
Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600