"Yeni Çağ" gündəmə gətirmişdi: Uçmaq üzrə olan 70 illik bina ilə bağlı Sumqayıt ŞİH-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 nömrəli yataqxananın binasında yaşayan sakinlər illərdir davam edən təhlükəli vəziyyətdən şikayətçidirlər.
Yenicag.az-ın məlumatına görə, sakinlər binanın 10 ilə yaxındır, qəzalı vəziyyətdə olsa da, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülmədiyini qeyd etmişdilər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirilib.
Sumqayıt şəhərindəki mövcud yataqxanaların aidiyyəti qurumlar tərəfindən verilmiş rəy əsasında mərhələli şəkildə söküləcəyini və yaxud da təmir olunacağını bildirən İcra Hakimiyyətinin açıqlamsında: “Artıq ötən il 3 yataqxanada yaşayan sakinlərin köçürülməsi ilə bağlı qərar verilib, bir neçə yataqxanada isə təmir işləri aparılır. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək”, – deyə qeyd olunub.